Həştərxanda yol qəzası: 6 ölü, 3 yaralı

Qəzalar 13 Dekabr 2017 14:44 Oxunub 793
Həştərxanda yol qəzası: 6 ölü, 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın “Toyota Corolla”nın sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal olunur

Rusiyanın Həştərxan vilayətində iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu yerli Daxili İşlər Baş İdarəsi bildirib. Hadisə dekabrın 13-də səhər saatlarında Həştərxan-Mahaçqala federal avtomobil yolunda, İkryanin rayonunun Troitsk kəndi yaxınlığında baş verib. Həştərxan dövlət nömrəli nişanlı “Hyundai Solaris” Kalmık dövlət nömrə nişanlı “Toyota Corolla” ilə toqquşub. Toqquşma nəticəsində ölənlərdən biri südəmər körpədir. Qəzanın “Toyota Corolla”nın sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh