Bakıda müəmmalı ərazi tapıldı: Hər kəs təəccüb içində - FOTO

Xəbərlər 13 Dekabr 2017 14:57 Oxunub 3947
Bakıda müəmmalı ərazi tapıldı: Hər kəs təəccüb içində - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayətkar kameralardan necə qaçdı?

Noyabrın 9-u təxminən axşam saat 7-8 radələrində Bakının Mehdiabad qəsəbəsinin "Gənclər Şəhərciyi" ərazisində Rəşad Şükürovun avtomobillə vurulması barədə məlumat vermişdik. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, cinayət hadisəsinin üzərindən 34 gün keçməsinə baxmayaraq qaçan sürücünü tapmaq hələ də, mümkün olmayıb. Cinayət işini ilk gündən araşdıran Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Ramil Mehdiyev 28 gün sonra müəmmalı şəkildə qəzanın baş verdiyi ərazinin Binəqədi rayonuna aid olmadığını bildirərək, "işi" Abşeron Rayonu Polis İdarəsinə göndərib. Zərərçəkən tərəfin verdiyi məlumata görə, Binəqədi və Abşeron rayon polis idarəsi arasında qəzanın baş verdiyi əraziylə bağlı mübahisə davam edir. Hər iki rayonun polis idarəsi sözügedən ərazinin onlara məxsus olmadığını irəli sürür. 

Maraq üçün bildirək ki, Rəşad Şükürovun vurulduğu istiqamətdə kameralar quraşdırılıb. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh