Dumanlı hava Gəncədə qəzaya səbəb oldu - FOTO

Qəzalar 22 Dekabr 2014 01:55 Oxunub 1286
Dumanlı hava Gəncədə qəzaya səbəb oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzada hər iki avtomobildə olan sərnişinlər xəsarət alıb

Gecə saatlarında Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saat 23 radələrində şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb. Şəhər sakini Elçin Heydərov idarə etdiyi "Mercedes" markalı avtomobillə, Heydər Əliyev prospekti ilə üzü dəmiryol vağzalı istiqamətində hərəkətdə olarkən qarşısına çıxan, İlkin Kərimovun idarə etdiyi "VAZ 2106" markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb. Qəza nəticəsində hər iki avtomobildə olan sərnişinlər xəsarət alıb. Yaralılar dərhal Gəncə şəhər TTYX-ya çatdırılıblar. İlkin ehtimallara görə qəzaya səbəb havanın dumanlı olması göstərilir. Hadisəyə hüquqi qiymətin verilməsi aparılan araşdırmalardan sonra mümkün olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh