22 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb

Qəzalar 14 Dekabr 2017 10:08 Oxunub 601
22 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlərin hamısı çoxsaylı xəsarətlər alıb

Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "ATR 42" sərnişin təyyarəsi səmaya qalxdıqdan sonra Fon-dyu-Lak hava limanında yerə düşüb. Yerli xilasedicilərin sözlərinə görə, təyyarə uçuş-enmə zolağının bir kilometrliyində yerə düşüb. İlkin məlumata görə, hadisə zamanı onun göyərtəsində 22 sərnişin və 3 heyət üzvü olub. Qəza nəticəsində onların hamısı çoxsaylı xəsarətlər alıb. Lakin hadisə zamanı heç kim ölməyib. Hazırda hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh