Pilotsuz avtobusun adi yolda sınaqlarına başlanılıb

Texnologiya 14 Dekabr 2017 11:04 Oxunub 1408
Pilotsuz avtobusun adi yolda sınaqlarına başlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2030-cu ildə Yaponiya yollarında hərəkət edəcək hər beş maşından biri sürücüsüz olacaq

Yaponiyanın Hönşü adasının mərkəzi hissəsində yerləşən Kota şəhərində ilk dəfə olaraq pilotsuz avtobusun adi yolda sınaqlarına başlanıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, sınaqların keçirilməsi üçün digər avtomobillərin də hərəkət etdiyi 700 metr uzunluğunda yol sahəsi seçilib.

Kamera və radarlarla təchiz edilən pilotsuz avtobus yoldakı vəziyyəti təhlil edir, yol hərəkəti nişanlarını, digər avtomobillərin və piyadaların hərəkətini nəzərə alır. İlk mərhələdə ona saatda 15 kilometr sürətlə hərəkət etməyə icazə verilib. Avtobusun hərəkətini məsafədən izləyən operator fövqəladə vəziyyət yaranacağı təqdirdə onu dayandıra bilər. Avtobus gələcəkdə pilotsuz taksilər parkı yaratmağı planlaşdıran şirkət tərəfindən hazırlanıb.

Gələn ilin martında bu sınaqların hərəkətin daha çox olduğu Aiçi prefekturasının Naqoya şəhərinin küçələrində aparılması nəzərdə tutulur.

 

Yaponiya hökuməti cari maliyyə ilində pilotsuz idarə edilən texnologiyaların və ekoloji cəhətdən təmiz maşınların inkişafı üçün 2,85 trilyon yen (təqribən 25 milyard avro) vəsait ayırıb. Hesablamalara görə, 2030-cu ildə Yaponiya yollarında hərəkət edəcək hər beş maşından biri sürücüsüz olacaq. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh