Mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları vergidən azad olunur

Gündəm 14 Dekabr 2017 11:12 Oxunub 808
Mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları vergidən azad olunur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bununla bağlı Vergi Məcələsində dəyişiklik edilir

Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları vergidən azad olunur. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, bununla bağlı Vergi Məcələsində dəyişiklik edilir. Belə ki, məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə yeni bənd- 164.1.38-ci bəndi əlavə edilir. Bu bənd mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğularının vergidən azad olunmasını nəzərdə tutur. Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh