Bakıda 750 manata “Opel”, 3700-ə “Jeep” satılır – Hərrac

Avtoxəbər 14 Dekabr 2017 15:32 Oxunub 2511
Bakıda 750 manata “Opel”, 3700-ə “Jeep” satılır – Hərrac
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Komitə 9 yanvar tarixində növbəti avtomobil hərracı təşkil edəcək

Milli Elmlər Akademiyası balansında olan mərkəzə məxsus avtomobili 750 manata satışa çıxarıb. Avtosfer.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 9 yanvar tarixində növbəti avtomobil hərracı təşkil edəcək. Hərracda özəlləşdirməyə təqdim edilən ən ucuz avtomobil AMEA-nın “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin təqdim etdiyi “Opel Omeqa” markalı avtomobildir. Maşın üçün ilkin satış qiyməti 750 manatdır. Bu hərracda Baş Prokurorluq da 2775 manata “Nissan Maksima” markalı avtomobili satışa təqdi edib. Dövlət Neft Fondu isə hərraca 1997-ci ilin “Cip Qrand Şeroki” (“Jeep Grand Cherokee”) markalı avtomobili çıxarıb. İlkin qiymət isə 3716 manatdır. Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı isə hərraca 2007-ci ilin "QAZ-3102" avtomobili təqdim edib. Qiyməti isə cəmi 2000 manatdır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh