Güllə yarası alan yeniyetmə suya yıxılaraq boğuldu - Lənkəranda

Gündəm 14 Dekabr 2017 22:34 Oxunub 920
Güllə yarası alan yeniyetmə suya yıxılaraq boğuldu - Lənkəranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ehtiyatsızlıqdan özünü odlu silahdan açılan atəş nəticəsində yaralayıb

Lənkəranın Balıqçılar qəsəbəsində yeniyetmə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ilkin məlumata görə, Kamran adlı 15 yaşlı yeniyetmə ehtiyatsızlıqdan özünü odlu silahdan açılan atəş nəticəsində yaralayıb. Nəticədə o, suya yıxılıb və orada köməksiz vəziyyətdə qalaraq boğulub. Hadisə baş verən zaman onun yanında kiminsə olub-olmadığı öyrənilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh