Azərbaycanda taksilərlə bağlı yeni QAYDALAR

Qaydalar 14 Dekabr 2017 23:08 Oxunub 5749
Azərbaycanda taksilərlə bağlı yeni QAYDALAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xüsusi işarələnmiş yerdən kənarda müştəri gözləmək qadağan edilir

Taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək. Bu barədə “Avtomobil nəqliyyatı haqqında” qanunda qeyd edilib. Belə ki, qanunun 20-ci maddəsinin (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) 20.3-cü bəndinə təklif olunan dəyişikliyə görə, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə etməlidir.

Hazırki qanunvericiliyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız avtonəqliyyat vasitələri üçün müəyyən olunmuş dayanacaqlardan istifadə etməlidir.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin dekabrın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh