Binəqədi yolundakı tıxac nə vaxt başa çatacaq? - Rəsmi cavab

Gündəm 14 Dekabr 2017 23:50 Oxunub 1600
Binəqədi yolundakı tıxac nə vaxt başa çatacaq? - Rəsmi cavab
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmir-yenidənqurma işləri yekunlaşmaq üzrədir...

Yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi məqsədilə bir müddətdir Bakının Binəqədi şossesində “Azəravtoyol” ASC və “Azərsu” ASC tərəfindən təmir-yenidənqurma işləri həyata keçirilirdi. Dekabrın ilk həftəsində yolun istifadəyə verilməsi barədə məlumat verilsə də, dünən axşam saatlarında yol yenidən təmirə bağlanıb. Bu da həmin istiqamət üzrə hərəkət edən nəqliyyat sistemini iflic hala salıb. Məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli metbuat.az-a bildirib ki, təmir-yenidənqurma işləri yekunlaşmaq üzrədir. Yaxın 1-2 günə yol tam olaraq açılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh