Binə sakini qardaşının intihar etdiyi binaya çıxıb özünü bıçaqladı - FOTO

Gündəm 15 Dekabr 2017 02:22 Oxunub 1461
Binə sakini qardaşının intihar etdiyi binaya çıxıb özünü bıçaqladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buna onun qardaşının intihar səbəblərinin düzgün araşdırılmaması səbəb olub

Gecə saatlarında Bakının Binə qəsəbəsində intihara cəhdin qarşısı alınıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Cavid Sadiqov beşmərtəbəli binanın damına çıxaraq özünü bıçaqlayıb və büdrəyərək arxaya yıxılıb. Bu zaman hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu xilas edərək "təcili yardım" maşını ilə yaralı vəziyyətdə xəstəxanaya göndəriblər.

Onun anası bildirib ki, C.Sadiqovun bu addımı atmasına cari ilin 21 may tarixində elə həmin binadan özünü yerə ataraq öldürən qardaşının intihar səbəblərinin düzgün araşdırılmamasına etiraz etmək olub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh