Yol polisi “dayan” dedi, sürücü qaçıb qəza törətdi

Yol polisi 22 Dekabr 2014 12:15 Oxunub 1837
Yol polisi “dayan” dedi, sürücü qaçıb qəza törətdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı sürücülərdən biri sərxoş olub, digəri yola əks istiqamətdən girib

Gecə Bakının Xətai rayonunda iki avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Yusif Səfərov küçəsindən üzü Babək prospektinə doğru hərəkət edən “Daevoo” marklı maşınla, “Toyota” marklı nəqliyyat vasitəsi toqquşub. Hadisə zamanı “Toyota”nın sürücüsü xəsarət aldığından ona olay yerində tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.

Hadisənin necə baş verməsinə gəlincə isə qəzadan əvvəl “Daevoo”nun sürücüsü yol polisisinin saxlama əmrinə riayət etməyərək yolunu davam etdirib. Bu zamanı isə “Daevoo”nun yoluna Babək prospektindəki yol ötürücüsünün altında yerləşən dairəyə qaydaları pozaraq əks istiqamətlə daxil olan “Toyota” çıxıb. Elə bu anda da avtoqza qeydə alınıb. 

“Daevoo”nun sürücüsü Elgün Məmmədov qəza zamanı içkili olduğunu etiraf edib və qarşısına çıxdığı üçün digər avtomobili vurduğunu bildirib. 

Hadisə yerinə Xətai rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Hadisə yerində araşdırma aparılandan sonra avtomobillər cərimə meydançasına aparılıb. Sürücülərin izahatları alınandan və təyin edilən avtotexniki ekspertizanın rəyi məlum olandan sonra qəzaya hüquqi qiymət veriləcək. Anspress 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh