Salyanda “BMW” kanala düşdü – VİDEO

Qəzalar 15 Dekabr 2017 10:43 Oxunub 831
Salyanda “BMW” kanala düşdü – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanıb

Bu gün səhərə yaxın Salyan şəhərinin “Plastik” yaşayış massivində naməlum sürücünün idarə etdiyi 10 KM 730 dövlət nömrə nişanlı “BMW” markalı avtomaşın yoldan çıxaraq yaxınlıqdan keçən tullantı sularını axıdan kanala düşüb. Avtosfer.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, sürücü hadisə yerindən dərhal çıxıb gedib. Onun hadisə zamanı xəsarət alıb-almaması məlum deyil. Kanala düşmüş avtomobil isə hadisə yerinə gəlmiş DYP əməkdaşlarının köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalara başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh