Sürücülərə bəd xəbər - Maşını sata və ada keçirə bilməyəcəksiniz

Avtoxəbər 15 Dekabr 2017 11:45 Oxunub 21202
Sürücülərə bəd xəbər - Maşını sata və ada keçirə bilməyəcəksiniz
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Cəriməni vaxtında ödəyin ki, sonra yeni problem çıxmasın"

Azərbaycanda "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər edilir. Avtosfer.az xəbər verir ki, bu barədə yol-nəqliyyat sahəsində ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, ən əsas yenilik odur ki, bu dəyişiklik qüvvəyə mindikdən sonra avtomobili qeydiyyatdan keçirərkən (o cümlədən addan-ada keçirərkən), texniki baxışdan keçirərkən və sürücülük vəsiqəsini dəyişərkən şəxsin yol hərəkəti qaydalarını pozmaya görə qanuni qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, bu cərimələr tam ödənilməmiş həmin prosesləri həyata keçirmək mümkün olmayacaq. "Yəni qanuni qüvvəyə minmiş və ödənilməmiş cəriməsi olanlara cərimə ödənilməyənədək avtomobilin qeydiyyatından imtina ediləcək, texniki baxış talonu verilməyəcək, sürücülük vəsiqəsi dəyişdirilməyəcək. Ona görə də qaydaları pozmayın, pozduqda da cəriməni vaxtında ödəyin ki, sonra yeni problem çıxmasın".

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

User 19 Dekabr 2017 12:17
Yeni bir xəbər- 50 yaşdan yuxarı şəxslərin avto sürməsi qadağandır. Artıq Milli Məclisdə təstiq olunub, a töybə!
Afos 16 Dekabr 2017 05:22
Soz tapmirsiz yazmaga bu qanun variydida bekarcliqdan bilmirsiz ne yazasiz puluyursuz yalannan - Saytdan - Allah sene agil versin Afos, heş zad demirik daha. Sen canin hec bilirsen sohbet neden gedir ayə? Hara gedersen aye?