Binəqədi rayonunda daha bir küçə təmir edildi – FOTO

Yeniliklər 15 Dekabr 2017 12:49 Oxunub 2454
Binəqədi rayonunda daha bir küçə təmir edildi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yoldakı yağış-kanalizasiya sistemi də bərpa olunub

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxt Bakıda aparılan kompleks tədbirlər çəçrçivəsində Binəqədi rayonu Şövkət Məmmədova küçəsi təmir olunub. Təmir işləri “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə və texnoloji aradıcıllığa riayət olunmaqla aparılıb. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, uzunluğu 820 metr, 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni ortalama 14 metr təşkil edir. Sözügedən küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Ümumilikdə 12 sm qalınlığında olmaqla yolun 12 min kv.m ərazisinə yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa, küçə boyu yol kənarına yeni səki daşlarının düzülməsi işləri də görülüb. Təmir işləri çərçivəsində küçə boyu 1150 paqonmetr yeni səki daşı düzülüb. Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq, zəruri olan yerlərdə 8 ədəd yeni yağış barmaqlıqları qoyulub, 31 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılıb.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh