İki marşrutun hərəkət trayektoriyası dəyişdi

Gündəm 15 Dekabr 2017 13:33 Oxunub 1022
İki marşrutun hərəkət trayektoriyası dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səhər saatlarından yolda hərəkət anidən dayandırılıb

Bu gün səhər saatlarından Bakının Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı yol anidən hərəkət üçün dayandırılıb, bununla bağlı 6 və 8 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, bu barədə “Baku Bus” MMC-nin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək “Azadlıq” metro stansiyasının dayanacağına daxil olan 6 və 8 saylı xətt üzrə hərəkət edən avtobuslar müvəqqəti olaraq, hər iki istiqamətdə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh