Hotelin həyətində qaldırıcı kran aşdı: 1 ölü, 1 yaralı

Gündəm 15 Dekabr 2017 15:14 Oxunub 1074
Hotelin həyətində qaldırıcı kran aşdı: 1 ölü, 1 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmir-tikinti işləri zamanı

Tbilisinin tarixi mərkəzində, “5 ulduzlu” “Sheraton Metechi Palace” mehmanxanasının həyətində təmir-tikinti işləri zamanı qaldırıcı kranın aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Tbilisi merinin Mətbuat xidməti məlumat yayıb. “Sheraton Metechi Palace” mehmanxanasında təmir işləri 2014-cü ildən başlayıb. Bu, beynəlxalq otellər şəbəkəsinə daxildir. “Sheraton”un əsası 1937-ci ildə qoyulub. 1991-ci ildə “Sheraton Metechi Palace” Gürcüstanda ilk “5 ulduzlu” otel olaraq açılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh