"Azərbaycan Dəmir Yolları"nda "Müasir idarəetmə" konfransı keçirilib - FOTO

Gündəm 15 Dekabr 2017 15:25 Oxunub 861
"Azərbaycan Dəmir Yolları"nda "Müasir idarəetmə" konfransı keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yığıncaqda bu kimi tədbirlərin gələcəkdə mütəmadi olaraq keçirilməsi qonaq qismində dəvət olunmuş tibb mütəxəssisləri tərəfindən də müsbət qarşılandı

Dekabrın 14-15-də “Azərbaycan Dəmir Yolları” QSC-də Həkim-Sanitar Xidmətinin “Müasir idarəetmə” mövzusunda I konfrans keçirilib. QSC-dən Avtosfer.az-a verilən məlumata görə, iki gün davam edən konfransa dəmir yolunda çalışan və digər tibb müəssisələrindən təcrübəli mütəxəssislər dəvət edilib. Konfransı giriş sözü ilə açan Həkim-Sanitar Xidmətinin rəisi Adil Şükürov qeyd etdi ki, bu, birinci konfransdır. Konfransın əsas məqsədi Həkim-Sanitar Xidmətinin idarəetmə sisteminin dəyişməsi ilə əlaqədar, struktura daxil olan tibb müəssisələrində yaranan suallara cavab olaraq, müasir idarəetmə işləri üzrə maarifləndirmə və tibb müəssisələrinin fəaliyyətinin real vəziyyətinin təhlilidir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim Sanitar Xidmətində aparılan islahatlar çərçivəsində mövcud tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi, onların əhalinin sağlamlığının qorunmasında, o cümlədən nəqliyyatın ən vacib qolu olan dəmir yolunun bütün sahələrində dəmiryolçulara aidiyyatı üzrə (ilkin, dövrü, ambulator və stasionar) göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasıdır. Dəmir yolunun beynəlxalq çıxışlarının artması ilə əlaqədar tibb və sanitariya sahəsində görülən işlərin gücləndirilməsi, dəmiryolçuların, o cümlədən müraciət edən hər bir vətəndaşın sağlamlığının keşikçisi prinsipinə daha da mükəmməl əməl edilməsi də qarşıya qoyulan əsas vəzifələrdəndir.

 

HSX-nin rəisi Adil Şükürov və konfrasda çıxış edən digər iştirakçılar - Nazim Xanəhmədov, Laçın İmanov, Rəna Sultanova, Amil Rzayev, Jalə Əfəndiyeva toplantı iştirakçılarının suallarını ətraflı cavablandırdılar. Yığıncaqda bu kimi tədbirlərin gələcəkdə mütəmadi olaraq keçirilməsi qonaq qismində dəvət olunmuş tibb mütəxəssisləri tərəfindən də müsbət qarşılandı.

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh