Azərbaycan Türkiyə, Belarus və Qazaxıstanla hava yollarının istismarı üzrə danışıqlar aparıb

Gündəm 15 Dekabr 2017 16:23 Oxunub 701
Azərbaycan Türkiyə, Belarus və Qazaxıstanla hava yollarının istismarı üzrə danışıqlar aparıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Danışıqlarda Azərbaycan tərəfdən Xarici İşlər Nazirliyinin əməkdaşı da iştirak edib

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) Kolombo şəhərində (Şri-Lanka) hava əlaqəsinə dair çoxtərəfli danışıqların aparılması üzrə 10-cu konfransı keçirilib.

Avtosfer.az xəbər verir ki, Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda ümumilikdə 66 dövlətdən və bir beynəlxalq təşkilatdan 426 nümayəndə iştirak edib. Beş gün ərzində 456 danışıq və müşavirələr keçirilib, görüşlər zamanı 420 ikitərəfli sənəd imzalanıb və paraflanıb.

Administrasiyanın direktoru Arif Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti 15 ölkənin mülki aviasiya nümayəndə heyətləri ilə danışıqlar aparıb. Avstraliya, Keniya, Yeni Zelandiya, Tailand və Seyşel Adaları respublikasından olan nümayəndə heyətləri ilə mülki aviasiya ekspertləri səviyyəsində hava əlaqəsi haqqında hökumətlərarası sazişlərin mətnləri razılaşdırılıb.

Türkiyə, Belarus və Qazaxıstanı təmsil edən nümayəndə heyətləri ilə hava yollarının istismarı üzrə danışıqlar aparılıb.

Danışıqlarda Azərbaycan tərəfdən Xarici İşlər Nazirliyinin əməkdaşı da iştirak edib.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh