Avtomobilin yanacaq çənindən görün nələr çıxdı

Gündəm 15 Dekabr 2017 16:41 Oxunub 967
Avtomobilin yanacaq çənindən görün nələr çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanıcı maddə, fişəng və pirotexniki vasitə aşkarlandı

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib.

Məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin yanacaq çənində, xüsusi düzəldilmiş yerdə 865 ədəd yanıcı maddə olan torpil, 8 ədəd fişəng və 100 qutu pirotexniki vasitə aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh