Məhkəmə polis rəisi barəsində Daxili İşlər Nazirliyinə müraciət edib

Gündəm 15 Dekabr 2017 16:52 Oxunub 1779
Məhkəmə polis rəisi barəsində Daxili İşlər Nazirliyinə müraciət edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xətai Rayon Polis İdarəsi şahidin məhkəməyə gətirilməsi haqqında qərarı icra etmədiyinə görə

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, prosesə sədrlik edən hakim Zeynal Ağayev bildirib ki, Səkinə İsmayılovanın cinayət işi üzrə şahid qismində tanınan Vəfa Məmtiyeva dəfələrlə məhkəməyə çağırılmasına baxmayaraq, prosesə gəlməyib. Buna görə onun barəsində uzun müddətdir ki, məcburi qaydada gətirilmə qərarı çıxarılıb. Lakin Xətai Rayon Polis İdarəsi şahidin məhkəməyə gətirilməsi haqqında qərarı icra etmir. Buna görə də idarənin rəisi barəsində Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət göndərilməsi barədə qərar qəbul etdik. Qeyd edək ki, S.İsmayılova özünü falçı kimi təqdim edərək, zərərçəmiş Təyminə Abdullayevanın ayrı-ayrılıqda 110 min manat məbləğində pulunu ələ keçirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh