"Pole çudes" verilişinin növbəti buraxılışı Azərbaycana həsr olundu - VİDEO

Gündəm 16 Dekabr 2017 02:04 Oxunub 2633
"Pole çudes" verilişinin növbəti buraxılışı Azərbaycana həsr olundu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çoxmilyonluq auditoriya Azərbaycan musiqi, rəqs və çay ənənələri ilə tanış olub

Cümə günü Rusiyanın Birinci kanalında yayımlanan "Pole çudes" verilişinin növbəti buraxılışı Beynəlxalq çay gününə və Azərbaycana həsr olunub. Yayım ərzində verilişin çoxmilyonluq auditoriyası Azərbaycanın rəqs, musiqi və çay ənənələri ilə tanış olub, studiyanın özü isə Azərbaycanın milli ornamentləri ilə bəzədilib. Həmçinin verilişdə Azərbaycandan olan iştirakçılar, eləcə də şou-men Murad Dadaşov iştirak edib.

Tok-şounun efirində tarzən Şəhriyar İmanov çıxış edib, eyni zamanda Əməkdar artist Həsənağa Sadıqov nəlbəkidə ifası ilə qonaqları təəccübləndirib. Verilişdə, eyni zamanda, yerli müğənnilərdən Valeriya, Taisiya Povali və Valeri Sutkin də çıxış edib.

Verilişin qalibi keçmiş ŞHK-çı Murad Dadaşov olub. O, aparıcı Leonid Yakuboviçə "Qarabağ" futbol klubunun üzərində futbolçuların imzası olan formasını, müxtəlif Azərbaycan meyvələrindən hazırlanmış mürəbbələr və bir banka neft hədiyyə edib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh