Mini şirkəti yeni loqotipi nümayiş etdirib - VİDEO

Avtodünya 16 Dekabr 2017 10:30 Oxunub 1546
Mini şirkəti yeni loqotipi nümayiş etdirib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bənzər emblemdən ilk Morris Mini-Minor modellərində istifadə edilib

Mini şirkəti gələn ilin mart ayından başlayaraq avtomobillərində sadələşdirilmiş loqotipdən istifadə edəcəkdir. Şirkətdən bu emblemin “brendin ənənəvi dəyərlərini və gələcəyə istiqamətlənmiş inkişaf ruhunu” əks etdirdiyini bildiriblər. Simvol, 2001-ci ildə brendin yenidən həyata qaytarılmasından sonra istifadə edilən üçölçülü emblemin yastı qrafik təsvirindən ibarətdir. Sadələşdirilmiş loqotip 2015-ci ildə Clubman modelinin yeni nəsli ilə birlikdə debüt edib. Lakin, o zamandan emblemdən yalnız reklam materiallarında və diler mərkəzlərinin tərtibatında istifadə edilib. Mini şirkətindən bənzər emblemdən ilk Morris Mini-Minor modellərində istifadə edildiyi də bildirilibdir. Bu, Oksfordun simvolu olan qırmızı öküz və mavi dalğaların qanadlı dairəyə alınmış təsviri idi. 1969-cu ildə Mini modellərini altıguşəli qalxanlarla bəzəməyə başlayıblar. 1990-cı ildə isə yenidən təkər və qanadların simvolik təsvirinə qayıdılmışdır. Sonradan qırmızı rəngli Mini Cooper yazısı və yaşıl rəngli dəfnə çələngi yenidən bərpa edilən markanın embleminin əsasını təşkil edib.

Emblemin görünüşünə baxmaq üçün Mini Electric Concept konsept avtomobilinə nəzər salmaq kifayətdir. Seriaya elektrokarının carçısı olan konsept sentyabr ayında keçirilmiş Frankfurt avtosalonunda nümayiş etdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh