Qəsəbədə dayanacaq yoxdur - Sakinlər çətinlik çəkir - VİDEO

Xəbərlər 17 Dekabr 2017 08:07 Oxunub 1282
Qəsəbədə dayanacaq yoxdur - Sakinlər çətinlik çəkir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
RİH: "Dayanacaqlar yeniləri ilə əvəzlənməsi üçün götürülüb"

Mingəçevirdə məcburi köçkünlər üçün yeni salınan qəsəbənin ətrafında dayanacaqlar quraşdırılmayıb. Bu da həm sürücülərə, həm də sərnişinlərə çətinlik yaradır. Avtosfer.az-ın məlumatına görə, sərnişinlər avtobus gözləyən zaman yayda ağacların altında dayanıb, günəşdən qorunur, yağmurlu havada isə üstü örtülü məkan olmadığından islanmalı olurlar.

Sakinlər bildirir ki, şəhərdə dayanacaqlararası məsafə çoxdur. Bu da rahat gediş-gəlişə əngəl olur. Bəzi sürücülər dayanacaq olmadığından sərnişinlərin istədikləri məkanda saxlaya bilmirlər.

Mingəçevir şəhər İcra Hakimiyyətindən bildirildi ki, dayanacaqlar yeniləri ilə əvəzlənməsi üçün götürülüb. Gələn ilin əvvələrində burada yeniləri quraşdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh