İtin sədaqəti görənlərin heyrəti saldı - Biləsuvarda - VİDEO

Maraqlı 17 Dekabr 2017 09:46 Oxunub 4809
İtin sədaqəti görənlərin heyrəti saldı - Biləsuvarda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Birini avtomobil vurub, o biri isə ölmüş itin yanından uzaqlaşmır

İtin biriı ölsə də, digəri onun yanından ayrılmır. Gecə-gündüz ölü itin yanında qalan o biri it sadəcə nəsə yeyəndə və ya su içməyə gedəndə leşdən bir neçə metr aralanr. Maraqlı hadisə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində lentə alınıb. Bir həftə öncə yolu keçən iki itdən birini avtomobil vurub. Ölmüş itin leşi yolun kənarına düşüb. Maraqlı orasıdır ki, sağ qalmış it ölmüş itin yanından ayrılmır. Şüursuz hesab etdiyimiz bu heyvanın sədaqəti görənlərin heyrətinə səbəb olub.

Həmin ərazidə meyvə satan Qılman İbrahimov deyir ki, ilk günlər ölmüş itin sanki keşiyini çəkən heyvana acından ölməmək üçün qida atsalar da, o, bunu yeməyib.

İndi yol kənarından ayrılmayan bu itə elə yoldan ötən sürücülər yemək verirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh