Bakıda ağac aşıb yolu kəsdi - FOTO

Xəbərlər 22 Dekabr 2014 13:18 Oxunub 1608
Bakıda ağac aşıb yolu kəsdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
May ayında qəza zamanı əyilən ağac külək zamanı aşaraq yolu bağlayıb

Binəqədi rayonunda aşan ağac yolu bağlayıb. Bu barədə anspress-ə oxucu Baxış Sülmanov məlumat verib. Hadisə Dərnəgüldə, Elit Ticarət Mərkəzinin qarşısında baş verib. Məlumata görə, bu ilin may ayında adıçəkilən ərazidə qəza baş verib. Sərnişin avtobusu yoldakı hündür şam ağacına çırpılıb. Nəticədə ağac əyilib. O zamandan ağac əyilmiş formada yolda qalıb. Aylardır əsən küləklər ağacın kökünü boşaldıb. Nəticədə bu gücəki küləkdən sonra o yola aşıb. Ağac aşandan sonra yolun bir hissəsi bağlanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Yaşıllaşdırma İdarəsinin əməkdaşlarının hadisə yerinə göndəriləcəyi və ağacın kəsiləcəyini deyiblər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh