"Mercedes”lə “07” toqquşdu - Sürücü və qardaşı xəsarət aldı- FOTO

Qaydalar 18 Dekabr 2017 00:29 Oxunub 1310
"Mercedes”lə “07” toqquşdu - Sürücü və qardaşı xəsarət aldı- FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Salyanda iki qardaşın xəsarət alması ilə qəza baş verib

Bu gün axşam saatlarında Salyan rayonunun “Stansiya” yaşayış massivinin 20 Yanvar küçəsində iki qardaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, həmin massivin 29 yaşlı sakini Həsrət Məmmədqulu oğlu Məmmədovun idarə etdiyi 52-BH-424 dövlət nömrə nişanlı “VAZ 2107” ilə 90-RD-263 dövlət nömrə nişanlı “Mercedes C” markalı avtomaşın qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücü Həsrət Məmmədov və sərnişini olan qardaşı, 26 yaşlı Nemət Məmmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.




ŞƏRH YAZ
Ad

E-mail

Şərh