Babək prospektində hərəkət məhdudlaşdırılır - Təmir başladı - VİDEO

Yeniliklər 18 Dekabr 2017 20:34 Oxunub 4468
Babək prospektində hərəkət məhdudlaşdırılır - Təmir başladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər

Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq, bu gündən etibarən (18 dekabr) sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu barədə Avtosfer.az-a “Azəravtoyol” ASC-dən məlumat verilib. Yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir. Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh