Qadını vurub qaçan sürücü saxlanıldı

Qaydalar 18 Dekabr 2017 13:30 Oxunub 1332
Qadını vurub qaçan sürücü saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni avtobus sürücüsü törədibmiş

Dekabrın 15-də saat 16 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini  Mehriban Ələkbərova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yol-nəqliyyat hadisəsinin avtobusla törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə “İsizu” markalı xətt avtobusunu idarə edərkən hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aqşin Kərimov saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma aparılır.   

 

Natiq Cavadov, 

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh