Əli Həsənovun nəvəsinə hökm oxundu - Bu maddəyə xitam verildi

Qaydalar 18 Dekabr 2017 14:08 Oxunub 2142
Əli Həsənovun nəvəsinə hökm oxundu - Bu maddəyə xitam verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nail Allahverdiyev hadisə yerindən qaçmayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb. Hakim Əhməd Quliyevin icraatında olan prosesə jurnalistlər buraxılmayıb. 

Məhkəmə kollegiyasının hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə N.Allahverdiyevin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsinə xitam verilib. Hakim bildirib ki, bu maddə üzrə verilən ittiham məhkəmədə prokurorluq tərəfindən sübuta yetirilməyib. Yəni, N.Allahverdiyev hadisə yerindən qaçmayıb.

Qeyd edək ki, nahardan öncə dövlət ittihamçısı çıxış edərək ittihamdan "hadisə yerindən qaçma" maddəsinin çıxarılmasını istəyib və N.Allahverdiyevə 7 il azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif etmişdi. N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilir.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh