Ac maral ailəsini marketə gətirdi - FOTO

Avtosfer Foto 18 Dekabr 2017 17:39 Oxunub 1835
Ac maral ailəsini marketə gətirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heyvanlar içəri girmək üçün market sahibindən icazə gözləyiblər

ABŞ-da marketlərdən birində qəribə hadisə baş verib. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, Koloradoda bir maral marketə daxil olub. Ac olduğu ehtimal edilən heyvan sakit şəkildə rəflərin arasında gəzib. Market sahibi ac marala şokolad yedirib və yola salıb.

Lakin qısa müddət sonra sahibkar sözün əsl mənasında şoka düşüb. Əli ilə şokolad yedirdiyi maral özü ilə "ailə üzvlərini"gətirərək marketə qayıdıb.

 

"İlk olaraq ana maral içəri girdi. Digərləri isə sanki qapıda dayanaraq məndən icazə gözləyirdilər. Mən mənfi reaksiya verdiyim üçün onlar içəri girmədilər. Çox gülməli, bir o qədər də duyğulandıran vəziyyət idi", deyə market sahibi olan Cons adlı amerikalı deyib.

 
 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh