Maşın qaçıraraq qəza törədən şəxs tutuldu - Şirvanda

Avtoxəbər 18 Dekabr 2017 22:28 Oxunub 1082
Maşın qaçıraraq qəza törədən şəxs tutuldu - Şirvanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerindən qaçmağa cəhd göstərən sərxoş şəxs saxlanılıb

 

Dekabrın 17-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Şirvan şəhəri ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub. Şirvan ŞPŞ əməkdaşları tərəfindən aparılan araşdırmalarla Bakı şəhər sakini Xəyyam Həsənovun “VAZ-2106” markalı avtomobilinin şəhərin Naxçıvan küçəsindən qaçırıldığı məlum olub. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qeyd edilən avtomobilin şəhər ərazisində yol-nəqliyyat hadisəsi törətməsi, “VAZ-2107” markalı avtomobillə toqquşması müəyyən edilib. Hadisə yerindən qaçmağa cəhd göstərən sərxoş şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun şəhər sakini Səbuhi Həmidov olması, Naxçıvani küçəsində dayanan avtomobilin qapılarının açıq və açarının üzərində olduğunu görüb onu qaçırması və  yüksək sürətlə idarə edərək işıqforun qırmızı işığında dayanan minik avtomobilinə çırpıldığı müəyyən edilib.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla əlaqədar Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

Toğrul Nəsirli

polis leytenantı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh