Azərbaycan “Tatra” markalı yük maşını istehsal edəcək - FOTO

Yeniliklər 18 Dekabr 2017 22:30 Oxunub 4929
Azərbaycan “Tatra” markalı yük maşını istehsal edəcək - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Memorandumu Xanlar Fətiyev və “Tatra”nın idarə heyətinin sədri Petr Rusek imzalayıb

Azərbaycanın Çexiyadakı səfirliyində “Gəncə avtomobil zavodu” və Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair Memorandum imzalanıb. Avtosfer.az səfirliyə istinadən xəbər verir ki, memorandumu “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “Tatra” şirkətinin idarə heyətinin sədri Petr Rusek imzalayıb. Əldə edilən razılaşmaya əsasən, 2018-ci ildən etibarən Azərbaycanda müxtəlif növ “Tatra” yük maşınlarının istehsalına başlanacaq. Memorandumun imzalanması münasibətilə keçirilən tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Azərbaycan-Avropa Ticarət Palatasının rəhbərliyi və mətbuat nümayəndələri iştirak ediblər. Tədbirin açılışında çıxış edən F.Şəfiyev “Tatra” şirkətinin Azərbaycanın sənaye sahəsinə daxil olmasını əlamətdar hadisə kimi qiymətləndirib və eyni zamanda Çexiya şirkətinin “Gəncə avtomobil zavodu”na göstərdiyi etimadı təqdirəlayiq adlandırıb.

Səfir, həmçinin, sözügedən Memorandumun imzalanmasının Azərbaycanın qeyri-neft sektoruna töhvə verəcəyinə ümidvar olduğunu qeyd edib.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh