İki milyard avtomobildən 300 milyonu elektrik enerjisi ilə çalışacaq - 2040-cı ildə

Avtoxəbər 19 Dekabr 2017 00:24 Oxunub 1116
İki milyard avtomobildən 300 milyonu elektrik enerjisi ilə çalışacaq - 2040-cı ildə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektrik enerjisi ilə işləyən avtomobillər neft şirkətlərinin gündəmini ən çox məşğul edən məsələlərdən biridir

2040-cı ildə 2 milyard avtomobildən 300 milyonu elektrik enerjisi ilə işləyəcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib. O bildirib ki, elektrik enerjisi ilə işləyən avtomobillərin sayı 2040-cı ildə 300 milyona çatacaq: "Lakin bu o demək deyil ki, elektrik enerjisi ilə avtomobillər yaradıldı daha neftə ehtiyac qalmayacaq”.

"Hazırkı vaxtda neftin qiymətindəki dalğalanma, davam edən geosiyasi qeyri-sabitlik və iqlim dəyişikliyi ilə mübarizəyə yönələn qərarların alınması enerji bazarındakı dinamikaya əhəmiyyətli dərəcədə təsir edir. Xüsusilə elektrik enerjisi ilə işləyən avtomobillər neft şirkətlərinin gündəmini ən çox məşğul edən məsələlərdən biridir. Hazırda dünyadakı 1 milyard avtomobilin 2 milyonu elektrik enerjisi ilə işləyir. Qiymətlərin düşməsi və hökumətlərin aldığı qərarlarla elektrik enerjisi ilə çalışan avtomobillərin sayında ciddi artım olacaq. 2040-cı ildə 2 milyard avtomobildən 300 milyonu elektrik enerjisi ilə işləyəcək”, - deyə F.Birol əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh