Gözlənilən oldu, avtomobillər bahalaşdı - VİDEO

Avtobazar 19 Dekabr 2017 00:36 Oxunub 2497
Gözlənilən oldu, avtomobillər bahalaşdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Köhnə "Mersedes"lər 1500 manat bahalaşıb, 4 minə "07" tapmaq olmur

Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu 2018-ci ilin yanvar ayının 1-dən 75%-ə qədər artırılacaq. Qərar avtomobil qiymətlərinə indidən təsir göstərməyə başlayıb. Satıcılar bildirir ki, avtomobillərin qiymətində 1500 manatdan çox bahalaşma var. Qiymət artımı ən çox satılan “Mercedes” markalı avtomobillərə təsir edib. Satıcılar qiymətin artması ilə bağlı bazarda alıcıların sayının azlığından şikayətlənir.

Metbuat.az-ın əməkdaşının avtomobil bazarından hazırladığı reportajı təqdim edirik:

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən mühərrik həcmi 1500 kubsantimetrdən böyük işlənmiş avtomobillər üçün hər 1 kubsantimetrə görə 1 dollar 20 sent, təzə avtomobillər üçün isə 70 sent idxal rüsumu alınacaq.

Hazırda isə bu rüsum işlənmiş avtomobillər üçün 70, təzə avtomobillər üçün isə 40 sent təşkil edir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh