“Hyundai”ların da lizinqlə satışı dayandırıldı

Avtobazar 6 May 2014 00:20 Oxunub 2609
“Hyundai”ların da lizinqlə satışı dayandırıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət rəhbərliyinin lizinq şərtlərinə yenidən baxacağı gözlənilir

Azərbaycanda ən populyar avtomobillərdən olan “Hyundai”ların və digər bir neçə avtomobil markalarının lizinqlə satışı dayandırılıb. Bu barədə fins.az-a avtomobillərin lizinqini təşkil edən “Qafqaz lizinq” şirkətindən məlumat verilib. Xatırladaq ki, adı çəkilən avtomobillərin lizinqlə satışı “Avto Azerbaijan” şirkəti tərəfindən həyata keçirilirdi.

Məlumata görə, lizinqlə satışın dayandırılmasına ötən həftənin sonu qərar verilib. Şirkət rəhbərliyinin lizinq şərtlərinə yenidən baxacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərən “Auto Azerbaijan” şirkəti ölkədə “Hyundai”, “Jeep”, “Dodge”, “Chrysler”, “Peugeot” və “Geely” markalı avtomobillərin satışı ilə məşğuldur. “Qafqaz lizinq” şirkətinin sonuncu qərarı adı çəkilən markaların hamısının satışının dayanmasına səbəb olub.

 

Xatırladaq ki, bir qədər əvvəl Vergilər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətlərinə lizinq əməliyyatlarında sahibkarlara üstünlük verilməsini tövsiyyə edib. Nazirlikdən göndərilən tövsiyyə məktubunda lizinqlə mal satılarkən sahibkarlara, yəni VÖEN alaraq fəaliyyət göstərən və gəlirləri barədə bəyannamə təqdim etməyi bacaran şəxslərə üstünlük verilməsi tövsiyyə edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh