Hamı düz gedir, bu sürücü çəpinə - Bakıda – VİDEO

Xəbərlər 19 Dekabr 2017 10:22 Oxunub 1800
Hamı düz gedir, bu sürücü çəpinə - Bakıda – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu hərəkət manevr qaydasının ən kobud şəkildə pozulmasıdır

Dekabrın 14-də Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün görüntüsünü oxuculardan biri Avtosfer.az-a göndərib. Azadlıq prospektinin sağ zolağı ilə hərəkət edən "Mazda" markalı avtomobilin sürücüsü sola - Ənvər Qasımzadə küçəsinə dönmək istəyən zaman “stop xətt”in qarşısından çəpəki sola dönərək piyada keçidinin üstündə dayanıb və piyadanın hərəkətinə maneə yaradıb. Sürücünün etdiyi bu hərəkət manevr qaydasının ən kobud şəkildə pozulmasıdır. Qanunvericilikdə göstərilib ki, sürücü dönməzdən əvvəl müvafiq istiqamətdə kənar vəziyyət seçməlidir. Bu qaydanı pozan sürücü 40 manat məbləğində cərimə oluna bilər.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh