Rusiya Tacikistana tank və vertolyotlar göndərdi  

Texnologiya 19 Dekabr 2017 10:28 Oxunub 1223
Rusiya Tacikistana tank və vertolyotlar göndərdi   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu silah və hərbi texnikalar Tacikistan Silahlı Qüvvələrinə terror təhdidini dəf etməyə, eləcə də sərhəddə etibarlı sipər yaratmağa imkan verəcək

Rusiya istehsallı hərbi və hərbi-texniki avadanlıqların bir hissəsi bu gün Düşənbəyə çatdırılıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hərbi texnikanın göndərilməsində məqsəd Tacikistan-Əfqanıstan sərhədlərinin mühafizəsidir. RF Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin rəisi general-leytenant Aleksandr Kişmovski bildirib ki, bu silah və hərbi texnikalar Tacikistan Silahlı Qüvvələrinə terror təhdidini dəf etməyə, eləcə də sərhəddə etibarlı sipər yaratmağa imkan verəcək. Tacikistana göndərilən hərbi texnikalar arasında T-72B1, ZTR-80, ZTR-70 tankları, Piyada döyüş maşını-2, Mi-24, Mi-8 vertolyotları, D-30 haubitsaları, zenit qurğuları, topoqrafik avadanlıqlar, zirehli texnikanın ehtiyat hissələri, rabitə vasitələri və digərlərinin adı çəkilir.

 

A.Kişmovski 2017-ci ildə Rusiyanın Tacikistana 122 milyon dollar dəyərində hərbi təyinatlı məhsul tədarük etdiyini vurğulayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh