Azərbaycanda yol qəzalarında 687 nəfər öldü – 79-u uşaqdır

Qaydalar 19 Dekabr 2017 15:29 Oxunub 1302
Azərbaycanda yol qəzalarında 687 nəfər öldü – 79-u uşaqdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölənlər arasında sərxoş sürücülər və piyadalar, qarşı yola çıxanlar da var

Bu ilin 11 ayı ərzində Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a bildirib ki, 11 ay ərzində respublika üzrə 1678 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 687 nəfər ölüb, 1583 nəfər isə xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 170 hadisə, 8 ölüm, 304 xəsarət faktı azalıb. Hadisələrdən 577-i Bakıda baş verib. Nəticədə 185 nəfər ölüb, 497 nəfər yaralanıb. Ötən illə müqayisədə paytaxt ərazisində hadisələrin sayı 44 fakt azalsa da, 15 ölüm çoxalıb. Xəsarətlərin sayı isə 143 fakt azalıb.

Naxçıvan Muxtar Respublikasında qeydə alınmış 13 yol qəzasında 12 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Kamran Əliyev bildirib ki, yol qəzalarının 501-i toqquşma nəticəsində qeydə alınıb. Nəticədə 203 nəfər ölüb, 603 nəfər yaralanıb. Avtomobiln aşması ilə nəticələnən 158 qəzada 68 nəfər həlak olub, 165 yaralı var. Nəqliyyat vasitəsinin maneəyə vurulması ilə nəticələnən qəzaların sayı 113 nəfər olub ki, bu da 58 nəfərin ölümünə, 109 nəfərin yaralanmasına səbəb olub.

Ötən aylarda olduğu kimi, yenə də respublika üzrə qeydə alınan hadisələrin ən çoxunu – 47,3 faizini piyadaların vurulması təşkil edir. 795 piyadavurma hadisəsində ölənlərin sayı 283, yaralananlar isə 591 nəfər olub.

Respublika üzrə 22 velosipedçini avtomobil vurub ki, nəticədə 11 nəfər ölüb, 12 nəfər yaralanıb. Heyvanların avtomobillə vurulması faktı 4 olub. Nəticədə 6 nəfər xəsarət alıb.

Sürücünün təqsiri olmadan 98 yol qəzası qeydə alınıb ki, nəticədə 45 nəfər ölüb, 54 nəfər yaralanıb.

Sürət həddinin aşılmasına görə qeydə alınan qəzalar yenə də çoxluq təşkil edir. Bu səbəbdən baş verən 603 qəzada 305 ölüm, 474 xəsarət faktı qeydə alınıb.

Ötmə və qarşı yola çıxmağa görə baş verən qəzalar da az deyil. 473 qəzada 172 ölüm, 560 xəsarət var. Yolayrıcını keçmə qaydalarını pozmağa görə baş vermiş 195 qəzada 36 nəfər ölüb, 228 nəfər yaralanıb.

Sükan arxasında yatma səbəbindən qeydə alınan qəzalar 18 fakt təşkil edir. Nəticədə 16 nəfər ölüb, 11 nəfər yaralanıb.

Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək qəza törədənlərin sayı 23 nəfər təşkil edir. Nəticədə 10 nəfər ölüb, 23 yaralı var. Nəqliyyat vasitəsini idarə etmək hüququq olmayan şəxslər tərəfindən 234 yol qəzası törədilib. Nəticədə 92 nəfər ölüb, 107 nəfər yaralanıb. Avtomobili nasaz vəziyyətdə idarə etmək ucbatından baş verən 9 qəzada 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Yol polisi piyadaların təqsiri ucbatından baş vermiş qəzaların statistikasını da açıqlayıb. 11 ay ərzində piyadaların günahı ucbatından baş vermiş 93 qəzada 43 nəfər ölüb, 51 nəfər yaralanıb. Həmin piyadalardan 3-ü sərxoş vəziyyətdə olub və hər 3-ü qəzada ölüb.

Velosipedçinin təqsiri ucbatından baş vermiş 5 qəzada isə 2 nəfər ölüb, 3 yaralı var.

Uşaqların avtomobillərlə vurulması nəticəsində 7 yaşa qədər olan 57 uşaq ölüb, 183-ü yaralanıb. Eyni zamanda, 7 yaşdan 16 yaşadək olan 22 uşaq və yeniyetmə də yol qəzasının qurbanı olub, 36 yaralı var.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh