Dünyanın ən böyük təyyarəsi sınaqdan keçirildi

Texnologiya 19 Dekabr 2017 16:30 Oxunub 1456
Dünyanın ən böyük təyyarəsi sınaqdan keçirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarə 250 ton yük qaldırmaq gücünə malikdir

Dünyanın ən böyük təyyarəsi “Stratolaunch” ABŞ-da Mohave aerodromunun uçuş-eniş zolağında sınaqdan keçirilib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, təyyarə havaya qalxmadan uçuş zolağında sürət yığıb. “Stratolaunch”un uçuş sınağı isə 2019-cu ildə keçiriləcək. Qeyd edək ki, raket-daşıyıcı buraxmaq qabiliyyətinə malik təyyarənin çəkisi 230 tondur. Təyyarənin qanadlarının uzunluğu 117 metr təşkil edir. Hündürlüyü 15 metr olan təyyarə 28 təkərlə təchiz edilib. Təyyarə 250 ton yük qaldırmaq gücünə malikdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh