Şəxsi nəqliyyat vasitəsi ilə Gürcüstana gedənlərin DİQQƏTİNƏ

Avtoxəbər 19 Dekabr 2017 23:18 Oxunub 7210
Şəxsi nəqliyyat vasitəsi ilə Gürcüstana gedənlərin DİQQƏTİNƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sığorta müqaviləsi olmadan avtomobillə Gürcüstana keçmək olmaz

Gələn ildən etibarən Gürcüstan ərazisinə daxil olan əcnəbilər idarə etdikləri motorlu nəqliyyat vasitələri üçün sığorta müqaviləsi imzalayacaqlar. Avtosfer.az xəbər verir ki, Gürcüstan parlamenti müvafiq qanun qəbul edib. Qanuna əsasən, sığorta müqaviləsi olmadan əcnəbilər avtomobillə Gürcüstan ərazisinə keçə bilməyəcəklər. Gürcüstana gələcək xarici ölkə vətəndaşına idarə etdiyi minik avtomobili üçün 1 illik, 30 və 15 günlük sığorta paketləri təqdim olunacaq. Avtomobil sahibləri 15 günlük sığorta üçün 30 GEL, bir aylıq paket üçün 50 GEL, birillik paket üçün 292 GEL ödəyəcəklər. Məcburi tarif paketində avtobus və motosikletin sığortası da müəyyənləşdirilib.

Avtomobillərin sığorta edilməsi təşəbbüsü Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən irəli sürülüb. Sığortasız hərəkət edən minik avtomobili sahibi 100 avro, avtobus sürücüsü 200 avro cərimə olunacaqlar. 

 

Report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Zahir 20 Dekabr 2017 09:06
Salam. Sığorta müqaviləsi sərhəddə bağlanacaq yoxsa bunu əvvəlcədən online qaydada həyata keçirmək mümkün olacaq