11 ayda 795 piyadanı maşın vurub - 3-ü sərxoş olub

Qaydalar 20 Dekabr 2017 08:56 Oxunub 1245
11 ayda 795 piyadanı maşın vurub - 3-ü sərxoş olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadaların günahı ucbatından baş vermiş 93 qəzada 43 nəfər ölüb

Ötən aylarda olduğu kimi, bu ilin 11 ayının statistikasında da piyadaların avtomobillə vurulması halları ümumi qəzaların çox hissəsini təşkil edir. Avtosfer.az bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir. İdarədən bildirilib ki, hadisələrin ən çoxunu – 47,3 faizini piyadaların vurulması təşkil edir. 795 piyadavurma hadisəsində ölənlərin sayı 283, yaralananlar isə 591 nəfər olub. Respublika üzrə 22 velosipedçini avtomobil vurub ki, nəticədə 11 nəfər ölüb, 12 nəfər yaralanıb. Heyvanların avtomobillə vurulması faktı 4 olub. Nəticədə 6 nəfər xəsarət alıb.

Yol polisi piyadaların təqsiri ucbatından baş vermiş qəzaların statistikasını da açıqlayıb. 11 ay ərzində piyadaların günahı ucbatından baş vermiş 93 qəzada 43 nəfər ölüb, 51 nəfər yaralanıb. Həmin piyadalardan 3-ü sərxoş vəziyyətdə olub və hər 3-ü qəzada ölüb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh