18 sürücü sükan arxasında yatdı – 16 nəfər öldü

Avtoxəbər 20 Dekabr 2017 09:45 Oxunub 1284
18 sürücü sükan arxasında yatdı – 16 nəfər öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərxoş sürücülər tərəfindən törədilən 23 qəzada 10 nəfər həlak olub

Bu ilin 11 ayı ərzində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək qəza törədənlərin sayı 23 nəfər təşkil edib. Bu barədə Avtosfer.az-a Baş DYP İdarəsindən məlumat verilib. Nəticədə 10 nəfər ölüb, 23 yaralı var.

Nəqliyyat vasitəsini idarə etmək hüququq olmayan şəxslər tərəfindən 234 yol qəzası törədilib. Nəticədə 92 nəfər ölüb, 107 nəfər yaralanıb. Avtomobili nasaz vəziyyətdə idarə etmək ucbatından baş verən 9 qəzada 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Sükan arxasında yatma səbəbindən qeydə alınan qəzalar 18 fakt təşkil edir. Nəticədə 16 nəfər ölüb, 11 nəfər yaralanıb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh