"Toyota" yeni idman avtomobili hazırlayıb

Yeniliklər 20 Dekabr 2017 09:17 Oxunub 1151
"Toyota" yeni idman avtomobili hazırlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobi Tokyo avtosalonunda təqdim ediləcək

Toyota şirkəti GR Super Sport Concept adlı yeni idman avtomobilinin ilk təsvirini dərc edib. Avtomobil 12 yanvarda fəaliyyətinə başlayacaq Tokyo avtosalonunda təqdim ediləcək. Prototip dözümlülük yarışları üzrə dünya çempionatında (WEC) iştirak edən sportprototiplərin üslubunda inşa edilib. Konsept avtomobil idmanında istifadə edilən texnologiyalarla təchiz ediləcəkdir. Lakin, yapon istehsalçısı bu texnologiyaların nədən ibarət olduğunu bildirməyib. İstehsalçının sözlərinə görə, konsept 2018-ci ildə keçiriləcək “Nürburqrinqin 24 saatı” marafonunda iştirak edən avtomobilin görünüşü haqqında təsəvvür yaratmalıdır.

Xatırladaq ki, bu ilin mövsümü bir ay bundan öncə başa çatıbdır. Toyota Gazoo komandası mövsümü ikinci olaraq bitirib. (autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh