Bu sürücünün sözləri hər kəsə ibrət olsun –VİDEO

Avtosfer TV 30 Dekabr 2017 10:55 Oxunub 3082
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü avtomobilində “sürət problemi” olduğunu bildirir

Bahalı idman avtomobilində hərəkət edən sürücü işıqforda dayanır. Digər avtomobildə olan iki gənc yaxınlaşaraq yarışmağı təklif edir. Sürücü isə avtomobilində “sürət problemi” olduğunu bildirir. Gənclər bu cür avtomobildə problem olduğuna inanmaq istəmirlər. Sürücü avtomobilin şüşəsini endirərək arxa oturacaqda olan uşağı göstərir.

Ümumiyyətlə bəzən sürücülər bu nüansı nəzərə alımır. Məsələn, hamilə qadın olan avtomobil və xəstəxanaya tələsən sürücü. Təbii ki, ilk baxışdan başadüşüləndir. Amma yüksək sürət və qaydaları pozmaq sonda yeni insanın dünyaya gəlməmiş həyatla vidalaşmağına səbəb ola bilər. Yaxud da avtomobildə uşaqlar olduğu zaman xüsusilə diqqətli sürmək lazımdır. Amma təəssüf ki, sürücülər bəzən bunu nəzərə alımır. Kimsə yolda ona yol verməyəndə əsəbləşərək sürəti qaldırır, yaxud sükan arxasında ola-ola mübahisə edir. Bu da sonda qəzaya səbə ola bilər. Sürücü ilk növbədə insan həyatını düşünməlidir. Avtosfer.az həmin görüntüləri təqdim edir: 

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh