Gürcüstan xarici avtomaşınlar üçün yeni qayda tətbiq edəcək

Avtoxəbər 20 Dekabr 2017 12:44 Oxunub 1851
Gürcüstan xarici avtomaşınlar üçün yeni qayda tətbiq edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər sığorta olunmayan nəqliyyat vasitəsinə görə cərimələnəcək

Gürcüstan parlamenti ölkəyə daxil olan xarici dövlət nömrə nişanlı avtomaşınlarla bağlı yeni qanun qəbul edib. Qanuna əsasən, 15 gündən artıq Gürcüstan ərazisində qalan xarici nömrəli maşının sürücüsü ölkəyə daxil olan zaman nəqliyyat vasitəsini sığortalamalıdır. Qanun layihəsi prezident tərəfindən təsdiqlənərsə, 2018-ci il 1 mart tarixindən qüvvəyə minəcək. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə "Sputnik Georgia" agentliyinə istinadən xəbər verir. Layihəyə əsasən, Gürcüstana daxil olan xarici nömrəli maşınların sığorta qiyməti nəqliyyat vasitəsinin növundən və sığorta müddətindən asılı olacaq. Sürücülər sığortanı nəzarət-keçid məntəqəsində əldə edilə biləcəklər. Avtonəqliyyat vasitəsini 15, 30, 90 günlük, həmçinin 1 illik sığortalamaq mümkün olacaq. Sığorta yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmişə dəymiş həm fiziki, həm də maddi zərəri əhatə edəcək. Sürücülər sığorta olunmayan motosiklet, minik avtomobili, kənd təsərrüfatı texnikasına görə 100 lari (39,2 dollardan çox), avtobus və yük avtomobilləri üzrə 200 lari (78,4 dollar) cərimələnəcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh