Azərbaycanda çəkilən pullu yolla bağlı xəbər var - VİDEO

Avtosfer TV 20 Dekabr 2017 22:35 Oxunub 2438
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun hazır olan hissələri arasında bitişdirici işlər hələ yekunlaşmayıb

Bu ilin sonunda yeni çəkilən Ələt-Astara magistral yolunun hazır olan hissələrinin istifadəyə verilməsi gözlənilsə də, bu, baş tutmayıb. Buna səbəb yolun hazır olan hissələri arasında bitişdirici işlərin davam etməsidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, bu işlər tam olaraq növbəti ilin birinci yarısında yekunlaşdırılacaq və bundan sonra yeni yol sürücülərin ixtiyarına veriləcək.

Uzunluğu 173,6 km olan və hazırda istifadədə olan yolu 38,4 km qısaldacaq yeni Ələt-Astara yolunun ayrı-ayrılıqda hazır olan hissələrinə giriş qadağan edilib.

Anar Nəcəflinin sözlərinə görə, hazırda yol boyu işlər davam etdirilir və yolun tam olaraq növbəti ilin birinci yarısında istifadəyə verilməsi hədəflənib.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agnetliyi tərəfindən bu yoldan istifadənin ödənişli olması ilə bağlı aidiyyatı qurumlara təklif edilsə də, hələ ki bunun müzakirəsi aparılmır və yolda hər hansı ödəniş avadanlıqları quraşdırılmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh