“Audi” 330 min avtomobili geri çağırdı - Yana bilər

Avtoxəbər 20 Dekabr 2017 22:42 Oxunub 1053
“Audi” 330 min avtomobili geri çağırdı - Yana bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir neçə modelin qızdırıcsında texniki nasazlıq aşkarlanıb.

Almaniyanın məşhur avtomobil istehsalçısı “Audi” şirkəti texniki nasazlığa görə 330 min avtomobili geri çağırıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2011-2015-ci illərdə istehsal edilən “A4”, “A5” və “Q5” modellərində qızdırıcılarda texniki nasazlıq aşkarlanıb. Şirkət bu nasazlığın yanğına səbəb ola biləcəyindən ehtiyat edir. Buna görə də səhvin aradan qaldırılması üçün həmin avtomobilləri servislərə çağırıblar. Texniki nasazlıq aradan qaldırılana qədərə əlavə qızdırıcının bağlanması məsləhət görülüb.

Rəsmi servislərə müraciət edəcək şəxslərə pulsuz xidmət göstəriləcəyi bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh