İsmayıllı sakini yeni mühərrik ixtira etdi - Qənaət edir - VİDEO

Texnologiya 20 Dekabr 2017 22:47 Oxunub 2502
İsmayıllı sakini yeni mühərrik ixtira etdi - Qənaət edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gəmini hərəkətə gətirə, hətta təyyarəni də havaya qaldıra bilər

İsmayıllı rayonun Diyallı kənd sakini Natiq Ömərov yeni mühərrik ixtira edib. Avtosfer.az xəbər verir ki, bu mühərrik suyun təzyiqi vasitəsi ilə daha çox güc əldə edir.Usta deyir ki, qurgunun düzəldilməsi üçün istifadə olunan detalları istifadəsiz materiallardan hazırlayır.Ona görə də mühərrikin ərsəyə gəlməsinə çox vaxt sərf olunur. Natiq Ömərov mühərrikin kiçik olmasına baxmayaraq böyük gücə malik olduğunu deyir. Mühərrik təkmilləşərsə yüksək güc əldə etməklə hətta təyyarəni belə havaya qaldıra bilər.

Usta düzəltdiyi mühərriki standarta uygun formaya salmaq istəyir.Qurgunun sənaye üsulu ilə hazırlanması üçün aidiyyatı müəssisələrə müraciət etmək niyyətindədir.

N.Ömərovun sözlərinə görə, mühərrikin əsas üstünlüyü qənaət rejimində çalışmasıdır. Mühərrik üçün lazım olan detallar tez bir zamanda tapılarsa onun hazırlanması 15 günə də başa çatdırıla bilər. Bu mühərrik vasitəsilə hətta Elektrik Stansiyasının yaradılması da mümkündür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh