Şəhərlərarası avtobusun sükanını 5 yaşlı uşağa etibar etdi - VİDEO

Avtosfer TV 21 Dekabr 2017 00:10 Oxunub 1954
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlərdən biri hadisəni lentə alıb

Türkiyədə şəhərlər arası sürücü vəzifəsində işləyən kişi 5 yaşındakı uşağı qucağında alıb avtobusu idarə etməsi böyük səsküyə səbəb olub. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa şəhərindən sərnişin daşıyan avtobus şoferi 5 yaşındakı uşağını qucağına alıb avtobus sükanını birtərəfli idarə etməyi ona tapşırıb. Sərnişinlərdən biri hadisəni lentə alıb.

Kadırlardan görünür ki, avtobusu idarə edən sürücü telfonla danışaraq sükanı uşağın əllərinə buraxır, düzgün idarə etmir və təhlükəli manevr edir. Daha sonra ağlayan uşağa hətta qayğı göstərməyən sürücü telefonla danışdıqdan sonra musiqi sədaları altında yoluna davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh